Livanın Baş naziri İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verib
Livanın Baş naziri Nəcib Mikati hökumətə ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib.
APA-nın “DPA” agentliyinə istinadən xəbərinə görə, bu barədə Böhran Vəziyyətinin və Müharibənin Fəsadlarının Qarşısının Alınması üzrə Komitənin iclasından sonra ölkənin ətraf mühit naziri Nasir Yasin bildirib.
O deyib ki, hazırda ölkədə üç aylıq ərzaq ehtiyatı var, üstəlik Livana 40 min tondan çox dənli bitliklər və un gətirməli olan gəmi yaxın günlərdə təyinat nöqtəsinə çatacaq.
N.Yasinin sözlərinə görə, ehtiyac yarandıqda humanitar yardım qismində ölkəyə gətirilən 50 min ədəd ərzaq bağlaması əhaliyə paylanacaq. Ətraf mühit naziri onu da əlavə edib ki, toplantıda logistik məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Livanın Baş naziri: Livan özünü hər cür müdafiə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanın baş naziri Qərb səfirləri ilə təcili görüş tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna XİN başçısı Çinə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












