ABŞ Yaxın Şərqə üç eskadrilya döyüş təyyarəsi göndərməyi planlaşdırır
ABŞ Yaxın Şərqə əlavə olaraq iki qırıcı eskadrilya və bir neçə min hərbçi ilə birlikdə bir eskadrilya hücum təyyarəsi göndərmək niyyətindədir.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Air And Space Forces Magazine” məlumat yayıb.
Söhbət “F-16 Fighting Falcon” və “F-15E Strike Eagle” qırıcılarından, həmçinin “A-10 Thunderbolt II” hücum təyyarəsindən gedir.
ABŞ həmçinin bölgədəki qırıcıların və hücum təyyarələrinin ümumi sayını artırmaq üçün Yaxın Şərqdəki aviasiya bölmələrinin mövcudluğunu genişləndirir.
Qeyd olunub ki, İsrail Livanın “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatlara başladıqdan və onun lideri Həsən Nəsrullahı öldürdükdən sonra ABŞ ordusu Yaxın Şərqdə əlavə qırıcılar və hücum təyyarələri yerləşdirməyi planlaşdırır.
Pentaqonun məlumatına görə, hazırda Yaxın Şərqdə 40 minə yaxın ABŞ əsgəri və onlarla döyüş təyyarəsi var. Bundan əlavə, 154-ə yaxın “Tomahawk” qanadlı raketi daşıya bilən “USS Georgia” nüvə sualtı qayığı və iki raket esminesi Qırmızı dənizdə döyüş növbətçiliyi həyata keçirir.
Oxşar xəbərlər
ABŞ Yaxın Şərqdə döyüş təyyarələrinin sayını artırmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda “Hizbullah”ın 800-ə yaxın hədəfinə hücum etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon: Yaxın Şərqə əlavə qüvvələr göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın hərbi obyektlərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pentaqon Yaxın Şərqdə qoşunların artırılması imkanını nəzərdən keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












