Pakistanda helikopter qəzaya uğrayıb, azı 6 nəfər ölüb
Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Pakistanın “Geo.TV” telekanalı məlumat yayıb.
Məlumata görə, helikopteri neftin işlənməsi və hasilatı “Mari Petroleum Limited” şirkəti icarəyə götürüb. Qəza Hayber-Paxtunxva əyalətində neft buruğu yaxınlığında olub.
Şirkət nümayəndəsi qeyd edib ki, qəza texniki səbəblərə görə baş verib, təcili eniş zamanı helikopterin quyruğu yerə ilişib.
Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, pilotlar Rusiya vətəndaşlarıdır, lakin onların ölənlər siyahısında olub-olmaması dəqiq deyil.
Oxşar xəbərlər
Qəzzada İsrailə məxsus helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
Portuqaliyada helikopter qəzaya uğrayıb, ölənlər var
Ukraynada helikopter qəzaya uğrayıb, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
