Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Bu birliklərin bir-birinə alternativ olduğunu düşünmürük. Müasir dövrdə beynəlxalq gərginlik yaşansa da, bizə Soyuq müharibə dövrünün çoxdan keçdiyini söyləyənlər var. Bəzi qüvvələr var ki, bizi BRİKS-ə qoşulmamağa çağırırlar. Bu həmin qüvvələrdir ki, illərdir bizi Avropa İttifaqının qapısında gözləməyə məcbur ediblər. Gələcəyimizi heç vaxt onların fikri əsasında qura bilmərik”, - Ərdoğan bildirib.
Türkiyə lideri əlavə edib ki, ölkəsinin kontinental Avropa və Amerika ilə yanaşı, Mərkəzi Asiya, Rusiya, Baltikyanı, Uzaq Şərqlə əlaqələri, ərəb coğrafiyasında dərin tarixi kökləri və Körfəz ölkələri ilə münasibətləri faktını nəzərdən qaçırmaq olmaz.
Oxşar xəbərlər
Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik
Ərdoğan: “Bayden “F-16” ilə bağlı Konqresə təkliflər verməyə hazır olduğunu bildirib”
Ərdoğan: "Türkiyəni hədəflərinə çatdırmaq əzmindəyik"
Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”
Ərdoğan: “Namizəd statusunun verilməsi ölkələrin Aİ üzvlüyünə zəmanət vermir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












