KİV: Nyu-York meri korrupsiyada ittiham olunur
Nyu-York meri Erik Adamsa qarşı prokurorluq tərəfindən korrupsiya ittihamı irəli sürülüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Associated Press (AP) məhkəmə sənədinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Adams yerli və xarici mənbələrdən öz seçki kampaniyası üçün rüşvət və qeyri-qanuni ianələr almış ola bilər.
Bundan əvvəl ABŞ Federal Təhqiqat Bürosunun (FTB) merin evində axtarışlar apardığı barədə məlumat verilmişdi. Adamsın özü isə daha əvvəl istefa vermək fikrində olmadığını və ona qarşı irəli sürülən ittihamların əsassızlığını məhkəmədə sübut etməyə hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, avqustda Nyu-York meri və onun komandasının üzvləri korrupsiyada mümkün iştirakla bağlı federal araşdırma çərçivəsində məhkəmədən çağırış vərəqələri almışdılar.
Oxşar xəbərlər
Nyu-York meri və komanda üzvləri məhkəməyə çağırılıb
FTB Nyu-York merinin iki müavininin evində axtarış aparıb
Nyu-York Polisinin rəhbəri korrupsiya araşdırmaları fonunda istefa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
