Nyu-York meri və komanda üzvləri məhkəməyə çağırılıb
sizinxeber.az xəbər saytı

Nyu-York meri və komanda üzvləri məhkəməyə çağırılıb


Nyu-York meri Erik Adams və komandasının üzvləri korrupsiyada mümkün əllərinin olması ilə bağlı federal araşdırmanın bir hissəsi olaraq çağırış vərəqələri alıblar.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları hesab edir ki, Adams guya 2021-ci ildə seçki kampaniyası üçün vəsait toplayarkən Türkiyə hakimiyyətinin nümayəndələrindən də qeyri-qanuni ianələr almış ola bilər.

Federal prokurorlar merdən “geniş informasiya, o cümlədən yazışmalar və sənədlər” almağı gözləyirlər. Adams və köməkçilərinin iş səfərləri ilə bağlı məlumatlar da onları maraqlandırır.

Erik Adamsla bağlı federal təhqiqat 2023-cü ilin payızında, Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri onun elektron cihazlarını ələ keçirdikdə və həmçinin onun seçki kampaniyası üçün vəsait toplamaqdan məsul olan Brianna Saqqsın evində axtarış apardıqda məlum olub.

Adamsın özü qanunsuzluqda hər hansı mümkün iştirakını inkar edib və onun seçki kampaniyasının Amerika qanunlarına uyğun olduğunu bildirib.

“Biz merin qanunsuz davranışına dair heç bir dəlil tapmadıq. Əksinə, federal ittiham nəzəriyyəsini təkzib edən ciddi sübutlarımız var. Biz bu araşdırmanın tez və ədalətli həllini gözləyirik”- Adamsın vəkilləri “The New York Times”a göndərdikləri bəyanatda bildiriblər.

Oxşar xəbərlər

Bloomberg: Ağ Ev bəzi departamentləri mümkün şatdaunla bağlı xəbərdar edib
Ermənipərəst ABŞ senatoru 400 minlik qızıl külçələr şəklində rüşvət alıb - Yeni detallar üzə çıxıb
Federal Ehtiyat Sistemi uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
ABŞ Zeynalova ilə bağlı qərar verdi
Trampın silah lisenziyası ləğv edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər