Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
Belarus və Çin arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunub və qarşılıqlı fəaliyyətin yeni istiqamətləri müəyyən edilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Çin Mərkəzi Televiziyasına açıqlamasında deyib.
Nazir qeyd edib ki, hazırda iki ölkənin Müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir və çinli həmkarı ilə görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
“Çin Xalq Azadlıq Ordusunun müdafiə naziri ilə müdafiə, sülhməramlı fəaliyyət, təlim, birgə döyüş hazırlığı sahəsində əməkdaşlığımızın gələcək perspektivlərini müəyyən etdik. Əməkdaşlığımızı daha da genişləndirməyə töhfə verəcək bir sıra tədbirləri müzakirə etdik, qarşılıqlı fəaliyyətin yeni sahələrini müəyyənləşdirdik”, - o əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
