Britaniya Ukraynaya 780 milyon dollarlıq yeni yardım paketi ayırır
sizinxeber.az xəbər saytı

Britaniya Ukraynaya 780 milyon dollarlıq yeni yardım paketi ayırır


Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynaya 780 milyon ABŞ dollarından çox məbləğdə yeni yardım paketi ayrılacağını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna KİV Böyük Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmazdır. 600 milyon funt sterlinqdən (780 milyon ABŞ dolları) artıq dəstək öhdəliyimiz Ukraynaya davam edən dəstəyimizin sonuncu nümunəsidir. Bu, Rusiyanın amansız hücumlarına dözməkdə davam edən ukraynalılara həyati dəstək verəcək”, - Lemmi deyib.

Qeyd olunur ki, Britaniyanın Ukraynaya yardımının 310 milyon dolları humanitar ehtiyaclar üçün nəzərdə tutulubsa, 484 milyon dollar kredit zəmanəti şəklində olacaq. Kredit zəmanəti məktəblər və xəstəxanalara dəstək, dövlət qulluqçularının maaşları və pensiyaların maliyyələşdirilməsi də daxil olmaqla həyati vacib dövlət xidmətlərini dəstəkləmək üçün Dünya Bankı tərəfindən təqdim olunacaq.

Böyük Britaniyanın müdafiə naziri Con Hili isə bu gün yüzlərlə əlavə hava hücumundan müdafiə raketinin, on minlərlə əlavə artilleriya sursatının və daha çox zirehli texnikanın bu ilin sonuna qədər Ukraynaya çatdırılacağını açıqlayıb.

Oxşar xəbərlər

Avstriya Ukraynaya 2 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukraynaya daha 650 çoxməqsədli “Martlet” raketi verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukraynaya daha 650 ədəd çoxməqsədli “Martlet” raketi verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukraynaya 600 milyon funt sterlinq dəyərində yardım elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər