sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qırğızıstanda dövlət qulluqçularının əməkhaqqının artırılması qadağan edilib
Qırğızıstan Prezidenti Sadır Japarov 2024-2026-cı illər üçün dövlət qulluqçularının əməkhaqqının artırılmasına moratorium tətbiq edib.
"Report" “AKİpress”ə istinadən xəbər verir ki, müvafiq fərman hökumətin "Erkin Too" qəzetində dərc olunub.
“Dövlət idarələri, komitələri, prezidentin bölgələrdəki səlahiyyətli nümayəndəlikləri, habelə yerli idarəetmə orqanlarının işçilərinin əməkhaqqının artırılmasına qadağa qoyulur”, - sənəddə bildirilib.
Qeyd olunub ki, qərar ölkənin dövlət büdcəsinin xərclərini optimallaşdırmaq məqsədi daşıyır.
Fərman sentyabrın 3-də dərc edilib və dərc edildiyi gündən 7 gün sonra qüvvəyə minir.
Oxşar xəbərlər
Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb
Kolumbiya İsrailə kömür tədarükünü dayandırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
