Niderland səfirliyi Venesuela müxalifətinin liderinə sığınacaq verib
Niderlandın Karakasdakı səfirliyi bir neçə həftə gizli şəkildə Venesuela müxalifətinin lideri Edmundo Qonsales Urrutiaya sığınacaq verib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə RTL telekanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın milli parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Sənəddə qeyd edilib ki, Qonsales Urrutia iyulun 28-də keçirilən seçkilərdən qısa müddət sonra müvafiq sorğu ilə diplomatik missiya ilə əlaqə saxlayıb. Xarici siyasət rəsmilərinin kiçik bir qrupu ilə məsləhətləşdikdən sonra Veldkamp müxalifətçiyə “yaşıl” işıq yandırıb.
“Sentyabrın əvvəlində Qonzales Urrutia ölkəni tərk etmək istədiyini açıqlayıb. Mən onunla Venesueladakı vəziyyət, müxalifətin fəaliyyətinin əhəmiyyəti barədə danışdım və davamlı qonaqpərvərliyimizi təsdiqlədim. Bununla belə, Qonzales İspaniya ərazisindən mübarizəni davam etdirmək istədiyini bildirib”.
Oxşar xəbərlər
İspaniya XİN başçısı sabiq prezidentliyə namizədin Venesuelanı tərk etdiyini təsdiqləyib
Niderland Ukraynaya “F-16” tədarükü ilə bağlı öhdəliklərinə sadiqdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
