Quterriş: Afrikaya BMT TŞ-də daimi üzv yeri verilməsi vacibdir
BMT Baş katibi Antoniu Quterriş Afrikadan BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvü olmasının zəruriliyini bildirib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə Pekində 50-dən çox Afrika ölkəsinin liderlərinin iştirak etdiyi Çin-Afrika Əməkdaşlıq Forumunda bildirib.
“Afrika qitəsinin hələ də Təhlükəsizlik Şurasında daimi yerinin olmaması çox qəribədir”, - o deyib.
Quterriş vurğulayıb ki, qitənin məruz qaldığı tarixi ədalətsizlikləri düzəltməyin vaxtı çatıb. Eyni zamanda, o, region ölkələrinin borcdan əziyyət çəkdiyini və borc yükünü yüngülləşdirmək yollarına çıxış imkanlarının, onların davamlı inkişaf və maliyyələşdirmə üçün resurslarının olmadığını qeyd edib.
O, Çinin iqtisadi uğurlarına, o cümlədən yoxsulluqla mübarizə sahəsindəki nəticələrinə diqqət çəkərək qeyd edib ki, Çinin əldə etdiyi təcrübə və biliklər qida sistemlərində və rəqəmsal kanallar vasitəsilə kommunikasiya sahəsində əsas transformasiyalara kömək edə bilər.
Qeyd edək ki, hazırda BMT TŞ-də 5 daimi üzv var: Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa.
Oxşar xəbərlər
Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Afrika dövlətlərinin suveren borcu 1 trilyon dollara çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çinin BMT-dəki daimi nümayəndəsi vəzifəsini tərk edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












