Afrika dövlətlərinin suveren borcu 1 trilyon dollara çatıb
Afrika dövlətlərinin ümumi suveren borcu 1 trilyon dollara çatıb.
“Report”un məlumatına görə, bu barədə BMT-nin Afrika İqtisadi Komissiyasının (UNECA) icraçı katibi Klaver Qatete bildirib.
Onun sözlərinə görə, dövlət borcu yüksək olan hər üç Afrika ölkəsindən biri hazırda ciddi maliyyə problemləri ilə üzləşir.
BMT rəsmisi qeyd edib ki, Afrikanın artan borc yükü uzunmüddətli güzəştli maliyyələşdirmə, rəsmi inkişaf yardımı və birbaşa xarici investisiyaların azaldığı bir vaxta təsadüf edir. O əlavə edib ki, iqlim dəyişikliyinin təsirləri Afrikaya çox ciddi zərbə vurur.
BMT-nin məlumatına görə, Zimbabve, Qana və Efiopiya hazırda ən çətin maliyyə vəziyyətindədir. Dövlət borcunun artması təkcə Afrika ilə məhdudlaşmır. “IFF Qlobal” borc monitorinqinin hesablamalarına görə, 2024-cü ilin birinci rübündə dünya ölkələrinin ümumi borcu 91,4 trilyon dollar təşkil edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
