Çin Afrika ölkələrinin hərbçilərinə təlimlər keçəcək
Çin Afrika ölkələrinin hərbçilərinə təlim sahəsində dəstək verəcək, qitə ölkələrindən olan 6 min hərbi qulluqçusunu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşı üçün təlim təşkil edəcək.
"Sizinxeber.az"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Çin-Afrika Əməkdaşlıq Forumunun (ÇAƏF) IX Sammitinin açılış mərasimində çıxışı zamanı bildirib.
"Çin Afrikadan 6 min hərbi qulluqçu və 1 000 hüquq-mühafizə orqanı əməkdaşının təlimini təmin edəcək. Biz regiondan 500 gənc zabiti ölkəmizə dəvət edəcəyik", - deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, bu proqram Çinin qlobal təhlükəsizlik təşəbbüsünə uyğun olaraq həyata keçiriləcək. Onun sözlərinə görə, Çin bu layihənin gerçəkləşməsi üçün 1 milyard yuan (140 milyon dollar) ayıracaq.
"Çin və Afrika tərəfi birgə təlimlər, məşqlər və patrul, "Minasız Afrika" tədbirləri keçirəcək", – ÇXR sədri əlavə edib.
Oxşar xəbərlər
BMT Baş katibi Çin-Afrika sammitində iştirak edəcək
Afrika dövlətlərinin suveren borcu 1 trilyon dollara çatıb
Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
