BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib
BMT Təhlükəsizlik Şurasına rəhbərlik Sloveniyaya keçib.
"Report"un ABŞ bürosu xəbər verir ki, Sloveniyanın BMT-dəki daimi nümayəndəsi, səfir Samuel Zboqarın sentyabr ayı üçün TŞ-nin proqramını BMT-nin Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə təqdim edib.
Səfir bildirib ki, ölkəsi tarixdə ikinci dəfədir ki, quruma rəhbərlik edəcək: "Sentyabrın 9-da BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı ilk açıq debat keçirməyi planlaşdırırıq. Bununla yanaşı, Sloveniyanın baş naziri Robert Qolovun sədrliyi ilə sentyabrın 25-də yüksək səviyyəli həftə olacaq".
S.Zboqar qeyd edib ki, ay ərzində TŞ-nin gündəmində Yaxın Şərqdə davam edən münaqişə, Əfqanıstanda qadınların vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, Suriya, Yəmən və Sudanda mövcud vəziyyət olacaq:
"Münaqişələrin həllində dəstəyimizi davam etdirəcəyik. Bizim müşahidələrimizə görə, münaqişələr səbəbindən məcburi köçkünlərin sayını rekord həddə çatıb. Biz aclıq və humanitar böhranın hər gün bir az daha böyüdüyü dövrdə yaşayırıq. İqlim dəyişikliyi, su qıtlığı və çirklənmə genişlənir, sülh və təhlükəsizlik təzyiq altındadır. Biz Qəzzada vəziyyəti yaxından izləməyə davam edəcəyik".
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
