“Telegram”ın təsisçisinin nələrdə ittiham olunduğu məlum olub
Paris məhkəməsi “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovu əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham edib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə paytaxt prokurorluğunun məlumatında deyilir.
Söhbət xüsusən də hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina, uşaq pornoqrafiyasının yayılmasında şəriklik, narkotik alveri, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluqdan gedir.
Bunda başqa qeyd olunub ki, Fransız müstəntiqləri “Telegam” sosial şəbəkəsinin məhkəmə sistemi ilə əməkdaşlıq etməməsi səbəbindən 2024-cü ilin fevralında ilkin araşdırmaya başlayıb.
İlkin istintaq 2024-cü ilin fevralında Paris prokurorluğunun göstərişi ilə başlayıb və ilkin istintaq hərəkətləri OFMIN (Yetkinlik yaşına çatmayanların müdafiəsi ofisi) tərəfindən əlaqələndirilib.
Oxşar xəbərlər
Pavel Durova qarşı ittiham irəli sürülüb, girov müqabilində sərbəst buraxılıb
Pavel Durov məhkəmə nəzarəti altında azadlığa buraxılıb
İlon Mask Pavel Durovu azadlığa buraxmağa çağırıb
AFP: Durov uşağına qarşı zorakılıqda şübhəli bilinir
Paris prokurorluğu Durovun iyulun 8-də başlayan istintaq çərçivəsində saxlanıldığını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













