Əlcəzair XİN rəhbəri: Qərbi Saxara Afrikadakı son müstəmləkədir
Mərakeş Kral Silahlı Qüvvələrinin nəzarətində olan Qərbi Saxara Afrikadakı son müstəmləkədir.
"Sizinxeber.az" "Ennahar Online" informasiya portalına istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Əhməd Attaf deyib.
O bildirib ki, Afrikanın son müstəmləkəsi hələ də öz müqəddəratını təyin etmək üçün ayrılmaz hüququndan məhrumdur:
"Bəzi ölkələr Qərbi Saxarada qurulmuş müstəmləkə nizamını qəbul etməyə və ona haqq qazandırmağa meyllidirlər. Yerli xalqın gec-tez beynəlxalq hüquqa uyğun olaraq öz müqəddəratını təyin etmək kimi hüququ var”.
Qərbi Saxaradakı vəziyyət uzun onilliklər ərzində beynəlxalq mübahisələrə səbəb olub. Əlcəzair və Mərakeş arasında bir neçə ildir ki, əsas maneə iki qonşu ölkənin əks mövqe tutduğu Qərbi Saxara problemi hesab edilir. Rabat keçmiş ispan mülklərini ərazisinin bir hissəsi hesab edir, Əlcəzair isə Qərbi Saxaranın müstəqilliyini dəstəkləyir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
