Belarusda prezidentə qarşı təhdidlərə görə cəza tətbiq edilə bilər
Belarusun Cinayət Məcəlləsinə indiki və ya keçmiş prezidentə qarşı təhdid və zorakılıq haqqında maddə daxil edilə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı milli hüquq portalında qanun layihəsi dərc edilib.
Cəza kimi 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Sənədin mətninə əsasən, cəza Belarus prezidentinə qarşı zorakılıq və ya zorakılıqla hədələmək, onun əmlakının məhv edilməsi və ya zədələnməsinə görə veriləcək. Qanun səlahiyyət müddətinin başa çatması, istefaya getməsi və ya səhhətinə görə vəzifələrini yerinə yetirə bilməməsi ilə əlaqədar səlahiyyətlərinin icrasını dayandıran dövlət başçısına qarşı hədə və zorakılığa da şamil ediləcək. Bundan əlavə, qanun layihəsində ölkə prezidentinin ailəsinə qarşı təhdidlərə görə də cəza nəzərdə tutulur.
Sənəddə həmçinin prezidentin ünvanına böhtan atılması və prezidentin təhqir edilməsi ilə bağlı qanunlara dəyişikliklər də var. Orada dövlət başçısının ailəsinə böhtan atmağa, onları təhqir etməyə görə cəzanın əlavə edilməsi də təklif olunur.
Oxşar xəbərlər
Lukaşenko özünə ömürlük toxunulmazlıq verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq yaşı artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 8 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası keçirilir, gündəliyə dəyişiklik edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











