Moldovada yol qəzasında 5 nəfər yanaraq ölüb
Moldovanın Kodryanka kəndi yaxınlığında avtomobil yolunda baş verən yol qəzasında 5 nəfər ölüb, daha 6 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Baş Müfəttişliyi məlumat yayıb.
Qeyd olunub ki, “Mitsubishi” və “Opel” markalı avtomobillər toqquşub. Qəzadan sonra hər iki avtomobil yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alsalar da, avtomobillərdə sıxışan 5 sərnişinin həyatını xilas edə bilməyiblər. Qəzada yaralanan biri böyük olmaqla, beş uşaq xəstəxanaya yerləşdirilib.
Hadisəyə səbəb avtomobili idarə edən sürücülərdən birinin qaydanı kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxması göstərilir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
