Malidə terrorçular təhlükəsizlik qüvvələrinə hücum ediblər
sizinxeber.az xəbər saytı

Malidə terrorçular təhlükəsizlik qüvvələrinə hücum ediblər


Bir qrup silahlı Mopti (Malinin mərkəzi hissəsi) bölgəsindəki Kuakuru qəsəbəsi ərazisindəki təhlükəsizlik qüvvələri postuna hücum etdi.

“Report” xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının kommünikesində deyilir.

Hücumun dəf edilməsində Mali ordusunun hərbçiləri iştirak edib, şiddətli toqquşmalar baş verib. Dronlardan istifadə olunub. Döyüşlər gün batandan sonra davam edib.

Hərbçilər arasında itkilər barədə məlumat yoxdur.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər