KİV: Braziliyada qəzaya uğrayan təyyarə işlək vəziyyətdə idi
Braziliyada qəzaya uğrayan sərnişin təyyarəsi qəza siqnalı göndərməyib və uçuşlara icazə verildiyi üçün işlək vəziyyətdə olub.
"Report"un məlumatına görə, bu barədə G1 portalı xəbər yayıb.
“(Braziliya - red.) Hərbi Hava Qüvvələrinin məlumatına görə, uçuş yerli vaxtla saat 13:20-dək normal davam edib, saat 13:21-dən etibarən təyyarə əlaqəni kəsib, qəza siqnalı göndərməyib və əlverişsiz hava şəraiti barədə məlumat verməyib”, - məlumatda deyilir.
Təyyarənin məxsus olduğu aviaşirkətin məlumatına görə, hava gəmisinə heç bir məhdudiyyət olmadan uçuş icazəsi verilib. Təyyarədə 62 yox, 61 nəfərin olduğu dəqiqləşdirilib. Onların arasında 4 ekipaj üzvü və 57 sərnişin olub.
Qeyd edək ki, onların hamısı qəza zamanı həlak olub.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
