Maduro canlı yayımda telefonundan vatsapı silib
Venesuela Prezidenti Nikolas Maduro ölkənin bəzi bölgələrinin vatsapda zorakılıq və nifrət yaydığını əsas gətirərək tətbiqi canlı yayımda telefonundan silib.
Bu barədə “Sizinxeber.az” xarici mətbuata istinadən xəbər verir.
Paytaxt Karakasda iştirak etdiyi televiziya yayımı zamanı telefonunun ekranını kameralara göstərən Maduro vatsap tətbiqini silib. Dövlət başçısı bildirib ki, vatsap hərbçiləri, polisləri, eləcə də icma liderlərini təhdid edib, ona görə də ictimaiyyətdən vatsapı könüllü silməsini istəyib.
Maduro camaata müraciət edərək dedi: "Vatsapdan qurtuldum. Venesuela ailələri, gənclər, vətənpərvər kişilər və qadınlar, sülh istəyirsiniz? Bütün Venesuelanın siyahısını kolumbiyalı narkotik satıcılarına və imperializmə ötürdüyü üçün vatsapı silin. Vatsapa yox”.
Dövlət başçısı teleqram və digər sosial şəbəkəni tövsiyə edib.
Maduronun sözləri studiyada gurultulu alqışlarla qarşılanıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
