Rusiya vətəndaşı İsrailin Almaniyadakı səfirliyinə hücuma cəhddə ittiham edilib
Almaniya prokurorluğu İsrailin Berlindəki səfirliyinə hücum planlaşdırmaqda və İŞİD-ə qoşulmağa cəhddə şübhəli bilinən Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə "The Jerusalem Post" prokurorluğa istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, təqsirləndirilən Ahmad E. internet üzərindən partlayıcı maddələrin hazırlanması ilə bağlı təlimatlar alıb, lakin lazımi komponentlərin olmaması səbəbindən planını həyata keçirə bilməyib.
"O, fevral ayının əvvəlindən İsrailin Berlindəki səfirliyinə hücum etməyi planlaşdırırdı", - federal prokurorluğun bəyanatında deyilir.
O, fevral ayında Berlin hava limanında saxlanılıb.
Bundan başqa, Ahmad E. İŞİD-in təbliğat materiallarını rus və çeçen dillərinə tərcümə etməkdə ittiham olunur.
Prokurorluq avqustun 7-də ona qarşı dövlətə təhlükə yaradan ciddi zorakılıq aktının hazırlanması və həyata keçirilməsinə təhrik etmə, həmçinin yetkinlik yaşına çatmayan şəxs olaraq xaricdəki terror təşkilatına qoşulmağa cəhdlə bağlı ittiham irəli sürüb.
Oxşar xəbərlər
İsrailin Berlindəki səfirliyində terror aktının qarşısını alınıb
Gürcüstan prokurorluğu müxalifətçi Elisaşviliyə qarşı ittiham irəli sürüb
İstanbul Prokurorluğu "Crocus City"dəki terrorun icraçıları ilə əlaqəli olan İŞİD-çilərin 15 ilədək həbsini tələb edir
İstanbul Prokurorluğu "Crocus City Hall"dakı terror aktı ilə əlaqəli İŞİD üzvlərinin 15 ilədək həbsini tələb edir
Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













