Ukrayna Ordusu Şimali Slobojansk istiqamətində irəliləyib
Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Şimali Slobojansk istiqamətində müəyyən ərazilərdə irəliləyişi 1 km-dən 2,5 km-ə qədərdir.
"Sizinxeber.az"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, cəbhənin bu hissəsində Ukrayna hərbçiləri Rusiya qüvvələrinin bölmələrinin məhvi və əhalinin məskunlaşdığı ərazilərin azad olunması istiqamətində aktiv əməliyyatları davam etdirir.
"Rusiya işğalçılarının maddi-texniki təminatı, təxliyyəsi və bölmələrinin gücləndirilməsinin qarşısını almaq üçün müəyyən yerlərdə düşmənə davamlı atəş zərbələri zonaları saxlanılır", - məlumatda deyilir.
Sumı vilayətinin Alekseyevka və Yunakovka ərazilərində aktiv əməliyyatların aparıldığı vurğulanır.
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Silahlı Qüvvələri artıq ikinci gündür Donetsk vilayətinin Dobropolya və Pokrovsk yaxınlığındakı ərazilərdə irəliləyir.
Oxşar xəbərlər
Zelenski: Ukrayna Ordusu Kurskda aktiv müdafiə əməliyyatlarını davam etdirir
Ukrayna Həştərxana zərbə endirib
Rusiya ordusu Ukraynanın Donetsk və Sumı vilayətlərini atəşə tutub, ölənlər var
Ukrayna Rusiyanın Kursk vilayəti ilə bağlı bəyanatını təkzib edib
Zelenski Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi anonsunu verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
