Ukrayna Həştərxana zərbə endirib
sizinxeber.az xəbər saytı

Ukrayna Həştərxana zərbə endirib


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

“Sizinxeber.az” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər tərkib hissələri ilə birlikdə Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib.

Oxşar xəbərlər

Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Ukrayna Rusiyadakı “MiQ” zavoduna və raket istehsalı müəssisəsinə zərbələr endirib
Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib
Rusiya MN: Ukrayna Silahlı Qüvvələrinin Çerniqovdakı təlim mərkəzi düşərgəsinə "İskəndər"lə zərbə endirilib
Rusiya Ukrayna ordusunun mövqelərinə zərbələr endirib, ölən və yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər