Böyük Britaniya Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Böyük Britaniya artıq Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlamağa başlayıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Kiyevi dəstəkləyən "istəklilər koalisiyası"na daxil olan ölkələrin liderlərinə videobağlantı ilə müraciət edərkən bildirib.
"Həmkarlara xatırlatmaq vacibdir ki, biz həmçinin Rusiyaya təzyiqi xüsusilə də iqtisadiyyat sahəsində sanksiyalar və lazım gələrsə, daha geniş tədbirlər vasitəsilə artırmağa hazırıq. Siz artıq bu tədbirlərin nəticəsini görə bilərsiniz və biz Böyük Britaniyada sərt sanksiyaların yeni paketini hazırlayırıq", - deyə baş nazir bildirib.
Daha əvvəl Aİ, ABŞ və Ukrayna liderləri Amerika Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşə hazırlığı müzakirə ediblər.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra Ukraynadakı münaqişəyə son qoymağa razı olmayacağı təqdirdə, rəsmi Moskvaya qarşı cavab tədbirləri görüləcəyini bildirib.
Oxşar xəbərlər
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar
Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib
Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












