27 ölkənin XİN başçısı İsraildən Qəzza əhalisinə yardım üçün şərait yaratmağı tələb edir
sizinxeber.az xəbər saytı

27 ölkənin XİN başçısı İsraildən Qəzza əhalisinə yardım üçün şərait yaratmağı tələb edir


Qəzzada dinc əhalinin iztirabları ağlasığmaz həddə çatıb ki, bu da aclığı dayandırmaq üçün təcili tədbirlərin görülməsini tələb edir.

“Report”un Avropa bürosunun məlumatına görə, belə bir bəyanatla 27 ölkənin xarici işlər nazirləri, Avropa komissarları Haca Labib, Dubravka Şuitsa və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas çıxış ediblər.

Sənədi Avstraliya, Belçika, Kanada, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya imzalayıb.

“Məhdudlaşdırıcı yeni qeydiyyat tələblərinə görə iri beynəlxalq QHT-lər yaxın gələcəkdə işğal olunmuş Fələstin ərazilərini tərk etmək məcburiyyətində qala bilərlər ki, bu da humanitar vəziyyəti daha da pisləşdirəcək”, - bəyanatda deyilir.

“İsrail hökumətini beynəlxalq QHT-lərə bütün yardımların daxil olmasına icazə verməyə və mühüm humanitar təşkilatların fəaliyyətini blokdan çıxarmağa çağırırıq”, - sənədi imzalayanlar bildirirlər.

Onlar BMT-nin, beynəlxalq QHT-lərin və humanitar tərəfdaşların anklava təhlükəsiz və geniş çıxışını təmin etmək üçün təcili, konkret addımların atılmasını tələb ediblər: “Qəzzaya ərzaq, çadırlar, yanacaq, təmiz su, dərman və tibbi avadanlıqlar daxil olmaqla, yardım axınını təmin etmək üçün bütün keçidlər və marşrutlardan istifadə edilməlidir. Paylayıcı məntəqələri atəşə tutmaq olmaz, mülki şəxslər, humanitar işçilər və tibb personalı qorunmalıdır”.

Oxşar xəbərlər

25 ölkə İsraili Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri qaldırmağa çağırıb
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb
Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər
DÇ-2026: Bu gün Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq
UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər