CAR tətbiq edilən tariflərə cavab olaraq ABŞ-yə yeni ticarət təklifi təqdim edəcək
Cənubi Afrika hökuməti ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi əlavə 30 faizlik rüsumların azaldılması məqsədilə Vaşinqtona ticarət sövdələşməsi haqqında yenidən nəzərdən keçirilmiş təklif təqdim edəcək.
“Sizinxeber.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın ticarət naziri Parks Tau bildirib.
"Nazirlər Kabineti yeni danışıqlar üçün əsas kimi yenidən nəzərdən keçirilmiş təklifin təqdim edilməsinə razılıq verib", - Tau mətbuat konfransında bildirib. O əlavə edib ki, sənəd ABŞ-nin 2025-ci il üçün Milli Ticarət Qiymətləndirmələri Hesabatında göstərilən əsas iradları nəzərə alır.
Nazirin sözlərinə görə, Cənubi Afrika əvvəllər ABŞ-nin hesabatında qeyd edilmiş bir sıra sanitar və fitosanitar maneələri aradan qaldırıb. Yenidən nəzərdən keçirilmiş təklifin əlavə təfərrüatları hələ açıqlanmır.
Tau onu da deyib ki, ABŞ-dən Cənubi Afrikaya quş və donuz əti tədarükü növbəti iki həftə ərzində başlamalıdır ki, bu da mübahisəli məsələlərin həllində irəliləyişin olduğunu göstərir.
Xatırladaq ki, 2025-ci ilin aprelində ABŞ CAR-a qarşı sərt ticarət məhdudiyyətləri (10 faizlik baza tarifi və 30 faiz əlavə rüsum) tətbiq edib.
Oxşar xəbərlər
CAR ABŞ-yə çərçivə əməkdaşlıq sazişi təqdim edib
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
KİV: ABŞ və Cənubi Afrika prezidentlərinin görüşü növbəti üç ayda baş tutacaq
UNCTAD: ABŞ yoxsul ölkələrə rüsumları yenidən nəzərdən keçirməlidir
Tramp Britaniya ilə ticarət razılaşması əldə edildiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Sabahın hava proqnozu açıqlanıb
