ABŞ-də baş verən atışmada 3 nəfər ölüb
ABŞ-nin Texas ştatının paytaxtı Ostində “Target” parkında baş verən atışmada 3 nəfər ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Ostin polis rəisi Lisa Davis bildirib ki, polislər hadisə yerinə gələndə iki nəfərin cansız bədənini aşkar ediblər:
“Şübhəli hadisə yerindən qaçıb. Polis daha sonra onu Ostinin cənubunda ələ keçirib. Üç nəfər ölüb. Bu, Ostin üçün çox kədərli bir gündür”.
Lisa Davis əlavə edib ki, şübhəlinin əvvəllər psixi sağlamlıq problemləri olub.
Təcili yardımın rəisi Robert Lakritz isə bildirib ki, iki nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Onun sözlərinə görə, daha bir nəfər güllə yarası ilə əlaqəsi olmayan xəsarətlərlə müalicə olunub.
Oxşar xəbərlər
ABŞ-də baş verən atışmada dörd nəfər ölüb
İranda baş verən atışmada üç hücumçu zərərsizləşdirilib, bir polis ölüb
ABŞ-da baş verən atışmada azı 3 nəfər ölüb
ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
ABŞ-da atışmada bir nəfər ölüb, 11 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













