sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ABŞ-də baş verən atışmada dörd nəfər ölüb
Amerikanın Montana ştatının Anakonda şəhərində baş verən atışmada dörd nəfər ölüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Partlayıcı Maddələr, Tütün, Alkoqol və Odlu Silahlarla Mübarizə Bürosu “X” sosial şəbəkəsində məlumat yayıb.
“Büro Montana ştatının Anakonda şəhərində bir neçə nəfərin ölümünə səbəb olan atışma ilə bağlı araşdırma aparır”, - agentliyin açıqlamasında deyilir.
Yerli “NBC Montana” kanalı bildirib ki, atışma “Owl Bar”da baş verib. Şübhəli şəxs 45 yaşlı Maykl Braun hadisə yerindən qaçıb və yerli polis onun fotosunu dərc edib.
Artıq hüquq-mühafizə orqanları Braunun Anakondadakı evində də axtarış aparıb.
Oxşar xəbərlər
ABŞ-də atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var
ABŞ-də kilsədə baş verən atışmada iki nəfər ölüb
Ermənistanda baş verən atışmada ən azı iki nəfər yaralanıb
ABŞ-də universitetdə atışma olub, ölən və yaralananlar var
ABŞ-də məktəbdə atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













