Donetsk sutka ərzində 28 dəfə atəşə tutulub, 2 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Donetsk sutka ərzində 28 dəfə atəşə tutulub, 2 nəfər həlak olub


Son sutka ərzində Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin yaşayış məntəqələrini 28 dəfə atəşə tutub.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri rəhbəri Vadim Filaşkin məlumat verib.

"Avqustun 9-da zərbələr nəticəsində Donetsk vilayətinin 2 sakini həlak olub. 24 saat ərzində bölgədə daha 4 nəfər yaralanıb", - o "Telegram" kanalında yazıb.

V. Filaşkin bildirib ki, Kramatorsk rayonuna artilleriya atəşləri nəticəsində inzibati bina və fərdi yaşayış evi zədələnib, Sredne qəsəbəsində bir nəfər həlak olub. Drujkivkada 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb, 5 fərdi yaşayış evi ziyan görüb.

Konstantinovkada isə 2 nəfər yaralanıb, 9 çoxmərtəbəli bina, 7 fərdi yaşayış evi, 2 yardımçı tikili, mağaza, inzibati bina, 2 elektrik ötürücü xətti və 5 qaz kəməri zədələnib.

Pokrovsk rayonunun Şaxovo qəsəbəsində 31 fərdi yaşayış evi dağıdılıb. Cəbhə xəttindən 53-ü uşaq olmaqla, ümumilikdə 1011 nəfər təxliyə edilib.

Oxşar xəbərlər

Rusiya Donetskə zərbələr endirib, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
Rusiya ordusu Ukraynanın Donetsk və Sumı vilayətlərini atəşə tutub, ölənlər var
Rusiyanın Ukraynaya endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb
Ukraynanın Konstantinovka şəhəri artilleriya atəşinə tutulub, 3 nəfər ölüb, 3 nəfər yaralanıb
Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər