Rubio Tramp-Putin görüşünün şərtlərini açıqlayıb
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi Ukraynada müharibənin dayandırılması məsələsində tərəflərin mövqelərinin yaxınlaşdırılmasında əldə edilə biləcək irəliləyişdən asılı olacaq.
"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Marko Rubio "Fox Business"a müsahibəsində deyib.
"Bilmirəm, (görüş - red.) gələn həftə baş tutacaq, yoxsa yox, bunu görmək qalır. Məncə, bu, hansı irəliləyiş əldə oluna biləcəyindən asılı olacaq. Çox şey bizim tərəflərin mövqelərini nə qədər yaxınlaşdıra biləcəyimizdən, irəliləyişə nail olub-olmayacağımızdan asılı olacaq", - o deyib.
Dövlət Departamentinin rəhbəri Trampın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarının vaxtını da açıqlayıb.
"Bu, prezidentin yaxın 24-36 saat ərzində burada verməli olacağı qərardır" deyən Rubio, çox şeyin danışıqların necə getməsindən və yaxın iki gündə görüləcək işlərdən asılı olacağını əlavə edib.
Oxşar xəbərlər
Rubio: Tramp-Putin görüşünün vaxtı və yeri ilə bağlı detallar dəqiqləşdirilir
Rubio: Tramp Putinə heç bir güzəşt etməyib
Rubio: Putin və Trampın mümkün görüşünün tarixi və yeri hələ müəyyən edilməyib
Rubio: ABŞ İstanbuldakı Rusiya-Ukrayna danışıqlarına böyük ümid bəsləmir
Rubio: ABŞ Tramp-Putin görüşünə danışıqlardan sonra qərar verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













