Tailand və Kamboca atəşkəslə bağlı baza konsensus əldə edib
sizinxeber.az xəbər saytı

Tailand və Kamboca atəşkəslə bağlı baza konsensus əldə edib


Tailand və Kamboca nümayəndə heyətləri arasında iki ölkə sərhədində atəşkəsin həyata keçirilməsi və monitorinqi ilə bağlı ilkin danışıqlarda əsas konsensus əldə edilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Malayziya Silahlı Qüvvələrinin komandanı general Mohd Nizam Cəfər “Bernama” dövlət agentliyinə açıqlamasında bildirib.

Danışıqlar avqustun 4-dən 7-dək Kuala-Lumpurda keçirilən ikitərəfli Tailand-Kamboca Sərhəd Komitəsinin fövqəladə iclası çərçivəsində aparılır.

Tailand və Kambocanın müdafiə nazirlərinin sədrliyi ilə yekun iclas avqustun 7-də Cənub-Şərqi Asiya Dövlətlərinin Assosiasiyasının (ASEAN) sədri Malayziyadan olan müşahidəçilərin, eləcə də ABŞ və Çinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Generalın sözlərinə görə, atəşkəs rejiminin icrasına nəzarət üzrə texniki tapşırıqla bağlı artıq razılıq əldə olunub. “Onu ASEAN ölkələrinin hərbi attaşelərindən olan müvəqqəti və daimi müşahidəçilər qrupu həyata keçirəcək. Onlar ilkin və sonrakı dövrlərdə sərhəddə vəziyyətə nəzarət edəcəklər”.

İlkin danışıqlar avqustun 4-dən 6-dək hər iki tərəfin 40 nümayəndəsinin iştirakı ilə qapalı formatda aparılıb.

Oxşar xəbərlər

Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB-2
Tailand və Kamboca liderləri iyulun 28-də Malayziyada danışıqlar aparacaqlar
Kamboca və Tailand atəşkəs barədə razılığa gəlib - YENİLƏNİB
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
Tailand Kamboca ilə münaqişənin həllində Malayziyanın vasitəçiliyinə razıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər