Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB-2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
iy
2025
22:30

Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB-2

28 iy, 2025
22:30
372

Tailand və Kamboca arasında atəşkəs qüvvəyə minib - YENİLƏNİB-2

Tailand və Kamboca arasındakı sərhəd bölgəsində 5 gün davam edən hərbi toqquşmalardan sonra atəşkəs rejimi qüvvəyə minib.

"Sizinxeber.az"un xəbərinə görə, Asiya ölkələri arasında atəşkəs barədə bundan əvvəl Malayziya hökumətinin başçısı Ənvər İbrahim Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay ilə Kambocanın baş naziri Xun Manet arasında Kuala-Lumpurda keçirilən danışıqların yekunu üzrə elan edib.

Xatırladaq ki, Tailand-Kamboca münaqişəsinin mərkəzində iki ölkənin sərhədində və ona bitişik ərazilərdə yerləşən Preah Vihear məbədinin mülkiyyət məsələsi dayanır.

14:17

Kamboca və Tailand atəşkəs barədə razılığa gəlib.

“Sizinxeber.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Malayziyanın Baş naziri Ənvər İbrahim bildirib.

Onun sözlərinə görə, atəşkəs 24 saat ərzində qüvvəyə minəcək.

"Kamboca və Tailand bu gün yerli vaxtla gecə yarısından etibarən 24 saat ərzində qüvvəyə minəcək qeyd-şərtsiz atəşkəslə bağlı ümumi anlaşmaya nail olub", - baş nazir qeyd edib.

Qeyd olunub ki, hər iki ölkənin nümayəndə heyətləri arasında Kuala-Lumpurda aparılan danışıqlar bir neçə saat davam edib.

12:05

Malayziyada Tailandın baş naziri vəzifəsini icra edən Phumtham Veçayaçay və Kamboca hökumətinin başçısı Hun Manet arasında sərhəd münaqişəsinin həlli ilə bağlı danışıqlar başlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Asiya KİV-i məlumat yayıb.

Bildirilib ki, görüş Putracayya şəhərində keçirilir.

Bizimlə əlaqə saxlayın