Milorad Dodik Bosniya məhkəməsinin hökmündən sonra referendum elan edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
avq
2025
20:00

Milorad Dodik Bosniya məhkəməsinin hökmündən sonra referendum elan edib

06 avq, 2025
20:00
322

Milorad Dodik Bosniya məhkəməsinin hökmündən sonra referendum elan edib

Serb Respublikasının (Bosniya və Herseqovina suveren ölkəsini təşkil edən iki siyasi qurumdan biridir – red.) Prezidenti Milorad Dodik referendum elan edib.

“Report” xəbər verir ki, bu barədə o, Serb Respublikasında hakim koalisiya partiyalarının liderləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Dodik bu qərarı Bosniya və Herseqovina məhkəməsinin bir il həbs və 6 il siyasi fəaliyyətə qadağa qoyan hökmü qüvvədə saxlamasından sonra verib.

“Xalq mənə mandat verib, ona görə də yaxın vaxtlarda Milli Məclisin qərarı əsasında keçiriləcək referendumda haqqımda və yerinə yetirdiyim funksiya ilə bağlı onların istədiklərini edəcəyəm”, - o deyib.

Bizimlə əlaqə saxlayın