Fransa Kamçatkadakı zəlzələdən sonra ordusunu hazırlıq vəziyyətinə gətirib - YENİLƏNİB
Fransa hökuməti Kamçatkada baş verən zəlzələdən sonra mümkün xilasetmə əməliyyatları üçün Sakit okeandakı dənizaşırı ərazilərdə silahlı qüvvələrini hazırlıq vəziyyətinə gətirib.
“Report” Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sebastyan Lekornyu sosial şəbəkələrdə bildirib.
"Sakit okeanda Rusiya sahillərində baş verən güclü zəlzələdən sonra Fransız Polineziyasındakı silahlı qüvvələrimiz potensial axtarış-xilasetmə əməliyyatlarında və ya tibbi təxliyədə vətəndaşlarımıza və dövlət xidmətlərinə yardım göstərmək üçün hazırlıq vəziyyətinə gətirilib", - o qeyd edib.
Kamçatkada baş verən zəlzələdən sonra Fransız Polineziyasının bir hissəsində sunami təhlükəsi elan edilib.
“Report” xəbər verir ki, bu barədə Fransanın Dənizaşırı Ərazilər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
"Zəlzələdən sonra Fransız Polineziyasının Markiz adalarında sunami xəbərdarlığı elan edilib", - məlumatda qeyd olunub.
Yerli sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və təxliyəyə hazır olmaqla bağlı çağırış edilib.
Adalar Sakit okeanın mərkəzi hissəsində yerləşir.
Oxşar xəbərlər
Fransız Polineziyasında sunami təhlükəsi elan edilib
Sunami Havay sahillərinə çatıb
Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib
Tramp Alyaska, Havay və ABŞ-nin Sakit okean sahilində sunami təhlükəsi barədə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
