Özbəkistanda müğənni əri tərəfindən öldürülüb
sizinxeber.az xəbər saytı

Özbəkistanda müğənni əri tərəfindən öldürülüb


Özbəkistanın Səmərqənd vilayətində müğənni Zeboyi Jaxon əri tərəfindən öldürülüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Milliy” telekanalının Millar verilişində məlumat verilib.

Məlumata görə, faciə iyulun 26-da müğənninin əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib. Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.

Qeyd olunub ki, Zeboyi Jaxon 3 uşaq anası olub. Respublika Baş Prokurorunun mətbuat katibi Xayot Şamsutdinovun sözlərinə görə, həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Oxşar xəbərlər

Müğənni Sevda Sanaliyevanı təqib etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub, araşdırma başlanılıb
"Haber Global" telekanalının əməkdaşı silahlı hücumda öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər