Əlcəzair kriptovalyutanın istifadəsini, alınması və satışını qadağan edib
Əlcəzair hakimiyyəti çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə çərçivəsində kriptovalyutaların istifadəsini, yaradılmasını və mübadiləsini qadağan edən qanun qəbul edib.
“Report” xəbər verir ki, bu barədə “Algerie360” informasiya portalı məlumat yayıb.
Yeni qaydalara əsasən, Əlcəzairdə istənilən növ virtual aktivlərin emissiyası, onların alınması, satışı və ya sahibliyi qadağandır. Qanun kriptovalyutaların ödəniş və ya investisiya vasitəsi kimi istifadəsinə icazə vermir və kriptovalyutaların istənilən formada reklamını qadağan edir.
Əlcəzair qanunvericiliyi həmçinin kriptovalyuta mübadiləsi platformalarının və ya əlaqəli elektron pul kisələrinin fəaliyyətini və yaradılmasını qadağan edir.
Qanunu pozanları iki aydan bir ilə qədər həbs və cərimə gözləyir.
Yeni qanunu qəbul etməklə Əlcəzair hakimiyyəti kriptovalyutalardan şəxsi, peşəkar və ya spekulyativ məqsədlər üçün istifadə etmək cəhdlərinin qarşısını almaq istəyir. “Algerie360” qeyd edib ki, tədbir milli maliyyə sisteminə nəzarətin və təhlükəsizliyin gücləndirilməsinə yönəlib.
Oxşar xəbərlər
Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
Ukrayna Prezidenti Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu imzalayıb
Fransa parlamenti birdəfəlik elektron siqaretləri qadağan edib
Qırğızıstanda ictimai yerlərdə üzü örtən geyimlər qadağan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
-
Bu gün Azərbaycanda “Son zəng”dir
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
