Ukrayna Putinlə Zelenski arasında avqustun sonuna qədər görüş keçirməyi təklif edib
İstanbul danışıqlarının üçüncü raundunda Ukrayna tərəfi avqustun sonuna qədər Vladimir Putin və Volodimir Zelenski arasında görüş keçirməyi təklif edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov deyib.
R.Umerov İstanbulda danışıqlar başa çatdıqdan sonra jurnalistlərə deyib: "Belə bir görüş real siyasi tərəqqinin kilidini açmağa qadirdir. Rusiya hazırlığını nümayiş etdirməlidir. Ukrayna tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir. Atəşkəs mülki və mühüm infrastruktur obyektlərinə hücumların tam dayandırılmasını əhatə etməlidir".
O əlavə edib ki, Kiyev atəşkəsə hazırdır.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, liderlər səviyyəsində görüşdən əvvəl sülh sazişinin detallarını işləyib hazırlamaq lazımdır.
Volodimir Zelenski təkid edir ki, ərazi məsələlərini yalnız Vladimir Putinlə şəxsi görüşdə müzakirə etməyə hazırdır; Ukrayna nümayəndə heyətinin belə mövzuları müzakirə etmək mandatı yoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zirvə görüşünün keçirilməsini təklif edib və toplantıda da iştirak etməyə hazır olduğunu açıqlayıb. Türkiyə lideri ABŞ Prezidenti Donald Trampın yüksək səviyyəli danışıqlara dəvət edilməsinin tərəfdarıdır.
Oxşar xəbərlər
Medinski: Rusiya və Ukrayna prezidentlərinin görüşü üçün razılaşmanın şərtlərini hazırlamaq lazımdır
Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib
Medinski və Umerov İstanbulda danışıqlardan əvvəl ikitərəfli görüş keçirib
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












