Hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə hücum edib
sizinxeber.az xəbər saytı

Hakerlər ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə hücum edib


"Microsoft SharePoint" proqram təminatına edilən haker hücumu ABŞ-nin Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinə də təsirsiz ötüşməyib.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən bildirib.

Qeyd olunur ki, cinayətkarlar məxfi məlumatlara çıxış əldə edə bilməyiblər.

Energetika Nazirliyi agentliyə bildirib ki, haker hücumu quruma "minimal şəkildə" təsir göstərib və mütəxəssislər "zərər görmüş sistemləri" bərpa edirlər.

"Bloomberg"in məlumatına görə, hakerlərin hücumundan həmçinin ABŞ-nin Təhsil Nazirliyi, bir sıra ştat səviyyəli qurumlar və Avropa və Yaxın Şərq ölkələrinin hökumətlərinə məxsus sistemlər də zərər çəkib.

"Microsoft" iddia edir ki, hücumlarda Çinlə əlaqəli olduğu güman edilən "Linen Typhoon" və "Violet Typhoon" qruplaşmaları iştirak edə bilər.

Oxşar xəbərlər

KİV: Hakerlər "Microsoft" proqram təminatında zəifliyə görə ABŞ agentliklərinə hücum ediblər
Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinə kiberhücum ediblər
Çinin haker qrupu ABŞ-nin telefon dinləmə sistemlərinə hücum edib
Bloomberg: Çinli hakerlər Britaniyaya qarşı kiberhücumlar həyata keçirib
“Microsoft” iyulda 6 000 əməkdaşını ixtisar edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər