Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinə kiberhücum ediblər
Çin hökuməti ilə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinin sanksiyaların tətbiqinə görə məsul olan Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) və maliyyə naziri Canet Yellenin ofisinə kiberhücum ediblər.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, Pekin Vaşinqtonun yeni sanksiyalar üçün potensial hədəf olaraq kimi nəzərdən keçirdiyi barədə məlumat əldə edə bilib.
"Rəsmilər bildiriblər ki, OFAC-a və maliyyə nazirinin ofisinə edilən hücum Pekinin hakimiyyət və nüfuz uğrunda mübarizədə ən önəmli rəqibi haqqında kəşfiyyat məlumatları əldə etmək qətiyyətini əks etdirir", - nəşr yazır.
Nəşrin müsahiblərinin sözlərinə görə, hətta məxfi olmayan sənədlərə çıxış əldə etmək Çin üçün əvvəlki kimi faydalı ola bilər. Onlar qeyd ediblər ki, idarəyə edilən haker hücumu ilə Çin Amerika hökuməti daxilində sanksiyalarla bağlı aparılan müzakirələr haqqında məlumat əldə edə bilər. “The Washington Post” vurğulayır ki, sanksiyalar tətbiq edilməzdən əvvəl OFAC bu və ya digər şəxslər barədə toplanmış sübutların onların sanksiya siyahısına daxil edilmə meyarlarına uyğun olub-olmaması ilə bağlı qeydlər aparır.
Dörd keçmiş rəsmi qəzetə bildirib ki, belə fayllar həm açıq mənbələrdən olan məlumatları, həm də Amerika qurumlarından və ya xarici tərəfdaşlardan alınan məxfi materialları əhatə edə bilər. Dövlət sirri təşkil edən sənədlər ayrıca saxlanılsa da, hətta məxfi olmayan materiallar da ABŞ-nin sanksiya rejimini necə genişləndirməyi planlaşdırdığını və kimləri potensial hədəf kimi nəzərdən keçirdiyini aşkara çıxara bilər.
Bu həftənin əvvəlində “The New York Times” qəzeti məlumat vermişdi ki, ABŞ Maliyyə Nazirliyi Konqresə Çin hökuməti ilə əlaqəli ola biləcəyi iddia edilən hakerlərin nazirliyin elektron sistemlərinə kiberhücum etməsi barədə məlumat verib.
Oxşar xəbərlər
Çin hakerlər ABŞ siyasətçilərinin telefon danışıqlarını ələ keçiriblər
ABŞ İran neftini daşıyan beş şirkətə və onların tankerlərinə qarşı sanksiya tətbiq edib
ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi
Bloomberg: Çinli hakerlər Britaniyaya qarşı kiberhücumlar həyata keçirib
NYT: Çinlə əlaqəli hakerlər ABŞ Maliyyə Nazirliyinin sistemlərinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








