Bolqarıstanda 20 milyon avroluq narkotik qaçaqmalçılığının qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Bolqarıstanda 20 milyon avroluq narkotik qaçaqmalçılığının qarşısı alınıb


Bolqarıstan sərhədçiləri Türkiyəyə gedən Belçika nömrəli furqonda ən böyük kokain partiyalarından birini müsadirə ediblər.

"Sizinxeber.az" "Associated Press"ə istinadən xəbər verir ki, şəxsi əşyalar arasında olan 179 möhürlənmiş bağlamada 20 milyon avroluq 206 kq kokain gizlədilib.

Haskovo prokuroru İvan Stoyanov bildirib ki, üç nəfər - Konqodan olan 40 yaşlı diplomat, 54 yaşlı Belçika vətəndaşı və 43 yaşlı Bolqarıstandan olan sürücü Türkiyə sərhədini keçməyə cəhd ediblər. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərsə, onları 20 ilə qədər həbs gözləyir.

Oxşar xəbərlər

Bolqarıstan-Türkiyə sərhədində avtomobildə 206 kq kokain aşkarlanıb, diplomat saxlanılıb
Honkonq polisi reyd zamanı yarım tondan çox kokain ələ keçirib
Avropa çempionu kokain qaçaqmalçılığına görə həbs edilib
Meksikada narkotacirin sualtı qayığından 3,5 ton kokain müsadirə olunub
Kolumbiyada hərbçilər içərisində bir ton kokain olan laboratoriya aşkarlayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər