Görünməmiş vətəndaş etirazı: Bir milyona yaxın fransız hökumətin təklif etdiyi qanuna etiraz edir
sizinxeber.az xəbər saytı

Görünməmiş vətəndaş etirazı: Bir milyona yaxın fransız hökumətin təklif etdiyi qanuna etiraz edir


Tələbə Eleonora Patterinin kənd təsərrüfatında qadağan olunmuş pestisidlərin istifadəsinə icazə verən mübahisəli qanuna qarşı petisiyası indiyədək 919.000 imza ilə yarım milyonluq həddi keçib.

“Sizinxeber.az”un Avropa bürosunun Fransa mətbuatına istinadən verdiyi məlumata görə, iyulun 10-da Bordodan olan 23 yaşlı tələbə kənd təsərrüfatı naziri Enni Genevardın razılığı ilə təşəbbüskarlardan biri, Respublikaçılar Partiyasından olan senatorun adını daşıyan “Duplomb qanununa yox” petisiyasını internetdə yerləşdirib.

Müraciətdə deyilir ki, qanun “elmi, etik, ekoloji və tibbi anomaliyadır”. Petisiya qanunun qəbul edildiyi şərtlərin dərhal ləğv olunmasını və yenidən nəzərdən keçirilməsini, həmçinin "səhiyyə, kənd təsərrüfatı, ekologiya və hüquq nümayəndələri ilə ictimai məsləhətləşməni tələb edir. Bu cür ictimai dəstək o deməkdir ki, sənəd Milli Assambleyanın qərarı ilə yenidən ictimai müzakirəyə çıxarıla bilər.

YENİLƏNİR...

Oxşar xəbərlər

Moldova etiraz edən fermerlərin tələbi ilə kənd təsərrüfatı sektorunda fövqəladə vəziyyət tətbiq edəcək
Gürcüstan Prezidenti xarici qrantları qadağan edən qanunu imzalayıb
Azərbaycan Qazaxıstanla dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Nazir müavini: "Kənd təsərrüfatında yeni təşviq və maliyyə alətləri tətbiq edilməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər