Rumıniya Prezidenti: Moldova ilə birləşmək ideyasını dəstəkləyirəm
Rumıniya Prezidenti Nikuşor Dan ölkəsinin Moldova ilə birləşməsini şəxsən dəstəklədiyini bəyan edib.
“Sizinxeber.az”un verdiyi məlumata görə, o, bunu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinə müsahibəsində deyib.
"Mən şəxsən Moldova ilə birləşməyi arzulayıram, lakin qonşu respublikanın vətəndaşlarının iradəsinə hörmətlə yanaşıram", - o qeyd edib.
Prezidentin sözlərinə görə, hazırda Moldova vətəndaşlarının təxminən 35 %-i iki ölkənin birləşməsi ideyasını dəstəkləyir.
"Qonşu ölkə əhalisinin böyük hissəsinin mövcud idarəetmə formasını dəstəklədiyi müddətdə Rumıniya heç bir addım atmayacaq. Moldovanın bir milyona yaxın vətəndaşı həm də Rumıniya vətəndaşlığına malikdir. Biz onları müxtəlif səviyyələrdə dəstəkləyəcəyik", - N.Dan bildirib.
Qeyd edək ki, Rumıniya lideri Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Oxşar xəbərlər
Zelenski: Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir
Rumıniya Prezidenti istefa verəcək
Zelenski Rusiyanın Odessanı tutaraq Moldova və Rumıniya çatmaq istədiyini deyib
Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi məlum oldu
-
Əmanətlərin Sığortalanması Fonduna xarici ölkələrdən kiberhücumlar olub
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Tramp İranı hədələyib
