Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.
“Sizinxeber.az” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verib.
Almaniya Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Oxşar xəbərlər
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
Rusiya Prezidenti Vladimir Putinin rəsmi qarşılanma mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
