Kabildə Özbəkistan, Əfqanıstan və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşü keçirilib
Əfqanıstan paytaxtı Kabildə Özbəkistan, Əfqanıstan və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşü keçirilib.
“Report” xəbər verir ki, bu barədə Özbəkistan XİN başçısı Bəxtiyor Saidov sosial şəbəkələrdə məlumat verib.
O, Əfqanıstanın xarici işlər naziri vəzifəsini icra edən Mövlavi Əmir Xan Müttəqi ilə görüşüb.
Danışıqlar mehriban qonşuluq, qarşılıqlı etimad və regional əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım olub. Görüşün yekununda Trans-Əfqan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair Üçtərəfli Çərçivə Sazişi imzalanıb.
Saidov qeyd edib ki, bu strateji əhəmiyyətli dəhliz ticarətin genişləndirilməsi, Əfqanıstanın iqtisadi dirçəlişinin dəstəklənməsi və cənub limanları vasitəsilə dünya bazarlarına çıxış üçün yeni imkanlar açacaq.
Tərəflər həmçinin kənd təsərrüfatı, əczaçılıq, toxuculuq sənayesi və tikinti sahələrində əməkdaşlığın inkişaf etdirilməsində, eləcə də Termizdəki Beynəlxalq Ticarət Mərkəzinin potensialının genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Trans-Əfqan dəmir yolunun TİƏ-sinin hazırlanmasına dair saziş imzalanacaq
Baxtiyor Saidov: Trans-Əfqanıstan dəmir yolu qlobal tədarük zəncirinin bir parçası olacaq
Pakistanın xüsusi nümayəndəsi Kabildə Əfqanıstanın XİN başçısı ilə görüşüb
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının görüşü olub
Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













