Marsın nəhəng parçası hərracda rekord qiymətə satılıb
sizinxeber.az xəbər saytı

Marsın nəhəng parçası hərracda rekord qiymətə satılıb


Yer üzündə indiyədək tapılmış ən iri Mars parçası Nyu-Yorkda hərraca çıxarılaraq rekord qiymətə, 5,3 milyon dollara satılıb.

“Report” xəbər verir ki, bu barədə “Sotheby’s” hərrac evi məlumat yayıb.

Bu meteorit Yer üzündə tapılmış digər Mars parçaları ilə müqayisədə təxminən 70 dəfə daha böyükdür. Belə ki, bu nəhəng parçanın çəkisi 24,67 kiloqramdır və hazırda Yer üzündə məlum olan bütün Mars materiallarının 6,5 faizinə bərabərdir.

Hazırda Yer üzündə rəsmi tanınmış 77 mindən çox meteorit var, lakin onlardan cəmi 400-ü Mars mənşəlidir. Onların ümumi çəkisi cəmi 375 kiloqramdır.

Oxşar xəbərlər

Meteorit 4 milyon dollara hərraca çıxarılır
Yaponiyada nəhəng tunes hərracda 1,3 milyon dollara satılıb
Helikopter qəzasında ölən basketbolçunun geyindiyi ilk forma rekord qiymətə satılıb
Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq
Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər