Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq
Yanvarın 21-də “planetlərin böyük paradı” müşahidə olunacaq.
Bu barədə "Sizinxeber.az"a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər.
"Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.
Növbəti “planetlərin böyük paradı” fevralın 28-də olacaq", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Bu il 3 dəfə “Planetlərin böyük paradı” müşahidə olunacaq
Sabah səmada "planetlərin paradı" başlayır
Yer sakinləri bu gün 6 planeti eyni vaxtda görə biləcəklər
Yer kürəsinin sakinləri avqustun 28-də altı planetdən ibarət paradı izləyəcəklər
Bu gün Planetlərin Paradını müşahidə etmək mümkün olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












