Ukraynanın Təhlükəsizlik Xidmətinin polkovnikini öldürən Rusiya agentləri zərərsizləşdirilib
Ukraynanın Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə xüsusi əməliyyat çərçivəsində Kiyevdə UTX-nin polkovnikini öldürən xüsusi xidmət orqanlarının agentlərini zərərsizləşdiriblər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanı özünün teleqram kanalında məlumat yayıb.
Xüsusi əməliyyata UTX-nin rəhbəri Vasili Malyukun şəxsən rəhbərlik etdiyi qeyd olunur.
"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent-döyüş qrupu əvvəlcədən Ukraynaya göndərilib və üç gün əvvəl UTX-nin əməkdaşı, polkovnik yoldaşımız İvan Voroniç öldürülüb. Gizli axtarış və aktiv əks-kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin məkanı aşkar edilib. Həbs zamanı müqavimət göstərməyə başlayıblar, atəş açanlar zərərsizləşdirilib", - Malyuk deyib.
İstintaqın məlumatına görə, ukraynalı polkovnikin qətlini iki nəfər - kişi və qadın törədib. Onların idarəçisi UTX-nin əməkdaşını izləməyi, onun gündəlik cədvəlini və səyahət marşrutlarını təyin etməyi əmr edib.
Xatırladaq ki, iyulun 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Kiyevin Qoloseyevski rayonunda güllələnib. O, 5 güllə yarası alıb və hadisə yerində ölüb.
Oxşar xəbərlər
Ukrayna Antiterror Mərkəzinin rəhbəri Rusiya ilə əməkdaşlığa görə saxlanılıb
Kiyevdə FTX-nin tapşırığı ilə ukraynalı polkovniki qətlə yetirənlər zərərsizləşdirilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək
Tramp Ukraynanın "Hörümçək toru"na niyə reaksiya vermədi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
