Kiyevdə FTX-nin tapşırığı ilə ukraynalı polkovniki qətlə yetirənlər zərərsizləşdirilib
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları keçirdikləri xüsusi əməliyyat zamanı Rusiya xüsusi xidmət orqanlarının agentlərini – FTX-nin tapşırığı ilə Kiyevdə polkovniki qətlə yetirən şəxsləri zərərsizləşdiriblər.
Sizinxeber.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, qatillərin axtarışı üzrə xüsusi əməliyyata şəxsən xidmətin sədri, general-leytenant Vasıl Malyuk rəhbərlik edib.
“Rusiya FTX-nin agent-döyüş qrupunun əvvəlcədən Ukrayna ərazisinə keçidi təşkil olunub və üç gün əvvəl əməkdaşlarımız, bizim silahdaşımız olan polkovnik İvan Voroniçi qətlə yetiriblər. Axtarış və fəal əks-kəşfiyyat tədbirləri nəticəsində düşmənin gizləndiyi yer müəyyən edildi. Saxlanılma zamanı onlar silahlı müqavimət göstərdilər və atışma baş verdi. Nəticədə, həmin mənfur şəxslər zərərsizləşdirildi. Xatırlatmaq istəyirəm: Ukrayna ərazisində düşmən üçün yeganə perspektiv ölümdür!” – deyə Malyuk bildirib.
İstintaqın məlumatına əsasən, Ukrayna müdafiəçisinin qətli iki nəfər – bir kişi və bir qadın tərəfindən törədilib. Onların kuratoru polkovniki izləməyi, onun gündəlik hərəkət marşrutunu müəyyənləşdirməyi tapşırıb. Daha sonra həmin rus kurator killerlərə tapança və səsboğucu saxlanılan gizli yeri göstərib.
Qeyd olunur ki, polkovniki qətlə yetirdikdən sonra killerlər “yerə uzanaraq izlərini itirməyə” çalışıblar. Lakin xüsusi xidmətin əməkdaşları onların yerini – Kiyev vilayətindəki məkanlarını – müəyyən edə biliblər.
Təhlükəsizlik xidməti məlumat verib ki, 13 iyul səhər saatlarında keçirilən xüsusi əməliyyat zamanı Rusiya FTX-nin agent-döyüş qrupunun üzvləri silahlı müqavimət göstərdiyi üçün yerindəcə məhv ediliblər.
Qeyd edək ki, 10 iyul cümə axşamı günü Rusiya xüsusi xidmət orqanlarının agentləri Kiyevin Qolosiyiv rayonunda xüsusi xidmət əməkdaşını qətlə yetiriblər. Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin 348-ci maddəsi (“Hüquq-mühafizə orqanı əməkdaşının, ictimai asayişin qorunması üzrə ictimai birliyin üzvünün və ya hərbi qulluqçunun həyatına sui-qəsd”) üzrə cinayət işi başlanıb.


width="220" alt="Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələnərək qətlə yetirilib - VİDEO" />
width="220" alt="AFP: Rusiyalı general Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində öldürülüb" />
width="220" alt="KİV: UTX polkovniki Kiyevdə güllələnib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />