Sizinxeber.az » DÜNYA » Digər ölkələr » Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb

Rubio: ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb

ABŞ administrasiyası Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni hərbi yardım paketlərinin formalaşdırılması ehtimalı ilə bağlı qərar yoxdur.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi, müvəqqəti olaraq ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib.

“Bu proqram (Kiyevə silah göndərilməsi ilə bağlı – red.) ləğv edilməyib. Onlar silah almağa davam edirlər”, - o, ABŞ Konqresinin Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

Rubio vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin hərbi həlli yoxdur və münaqişə danışıqlar yolu ilə həll edilməlidir.

Vaşinqton administrasiyasının Ukraynaya növbəti silah paketi üçün Konqresdən vəsait istəməyə hazır olub-olmadığı barədə suala cavab verərkən Dövlət katibi qeyd edib ki, bu, başqa qərar, başqa məsələdir. “Buna mən qərar vermirəm. Əlavə maliyyələşmə ilə bağlı Konqresə müraciət edilib-edilməməsinə Ağ Ev qərar verməlidir. Lakin Konqresin təsdiq etdiyi və ayırdığı hər şey göndərilməkdə davam edir”, - o bildirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !